Ayxan Abbasov: “Komandamdan razı qaldım” | Icma.az
Apasport portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Misli Premyer Liqasının XXXII turunun "Turan Tovuz" - "Şamaxı" matçından (1:1) sonra qonaqların baş məşqçisi Ayxan Abbasovun mətbuat konfransı keçirilib.
"Çətin və maraqlı oyun oldu. Hər iki komanda qalib gəlmək istəyirdi. Birinci hissədə mübarizə daha çox meydanın mərkəzində getdi.
İkinci yarıda futbolçularımdan sürətli hücumlar görmək istəyirdim. İkinci hissəyə baxsaq, 2 xal itirən biz olduq. Komandamdan razı qaldım.
Xallarımızın üstünə xal gəldi. Rəqibin üstün cəhətlərini bilirdik. Elə bundan da qol vurdular.
Ondan sonrakı standart vəziyyətlərdə futbolçularım yaxşı çıxış etdilər. Hər xal bizim üçün vacibdir.
Çalışırıq ki, daha yuxarı pillələrə qalxaq". - Leroy Mikels zədədən sonra qayıtdı və onu bu gün fərqli mövqedə oynatdız.
Performansını bəyəndiz? - Sistemə baxsaz, mövqeyi hücum görünürdü. Amma oyunun içində bəzi detallar var idi.
Tam oxu
Xəbəri oxu