Ayxan Abbasov: “Məqsədimiz C Liqasına qayıtmaqdır”

12.02.2026

futbolpress-az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov AFFA-nın mətbuat xidmətinə açıqlamasında UEFA Millətlər Liqasının 2026/2027-ci illər mövsümünün püşkünü dəyərləndirib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis komandanın hədəflərini açıqlayıb:

“Rəqiblərimiz bilindi, komandamız üçün xeyirli olsun. Bütün potensial rəqiblərimizlə tanış olmuşduq, oyunlarını izləmişdik. Əlbəttə ki, əsas məqsədimiz C Liqasına qayıtmaqdır. Qarşıdan yoldaşlıq görüşləri gəlir. Həmin oyunlarda futbolçuları izləmək, heyəti müəyyənləşdirmək imkanımız olacaq. C Liqasına qayıdacağımıza inanıram”.
Qeyd edək ki, millimiz D Liqasının 2-ci qrupunda Litva və Lixtenşteyn yığmaları ilə qarşılaşacaq. Millətlər Liqasında yeni mövsümə sentyabrda start veriləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью