Ayxan Abbasov millimizin baş məşqçisi təyin olundu

30.09.2025

Gununsesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bu gün AFFA-nın prezidenti Rövşən Nəcəf əsas milli komandanın baş məşqçisi Ayxan Abbasovla görüşüb.

Gununsesi.info AFFA-nın rəsmi saytına istinadla xəbər verir ki, görüş zamanı Rövşən Nəcəf mütəxəssisin U-21 komandasında gördüyü işləri, həmçinin A millinin DÇ-2026-nın seçmə mərhələsində Ukrayna yığması ilə (1:1) oyundakı çıxışını yüksək qiymətləndirib.

AFFA prezidenti Ayxan Abbasovla komandamızın qarşıdakı oyunları ətrafında fikir mübadiləsi aparıb. Rövşən Nəcəf milliyə və baş məşqçiyə AFFA rəhbərliyi tərəfindən dəstəyin bundan sonra da davam etdiriləcəyini bildirib, komandamıza növbəti oyunlarda uğurlar arzulayıb.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью