Ayxan Abbasov Neftçi yə uduzduqları oyundan nə danışdı?

07.04.2025

Fanat saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Misli Premyer Liqasının 29-cu turunda evdə "Neftçi"yə 0:2 hesabı ilə uduzan "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov görüşü şərh edib.

Fanat.Az xəbər verir ki, təcrübəli mütəxəssis oyunsonrası mətbuat konfransında belə danışıb:

"Qalib gəlmək istəyirdik. İlk yarıda qol imkanlarından yararlana bilmədik. Zədəlilər və cəzalılar var. hücumçumuz Maykl Tuik xəstə idi. Hər şey üst-üstə düşüb. Ehtiyat qüvvəmiz də yetərli deyil.
Son turlar gərgin keçəcək. Hələ qarşıda 7 tur var. Çalışacağıq ki, Premyer Liqada yerimizi qoruyaq".

Mirağa

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью