Ayxan Abbasov: “Oyun baxımından futbolçulardan razı qaldım” İdmanXəbər | Icma.az
Idmanxeber.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır. “Maraqlı oyun alındı. Birinci hissə qollarla başladı.
İkinci hissədə rəqibin daha çox təzyiq edəcəyini bilirdik. Cüzi səhv etdik, rəqib bizi əks-hücumda tutdu.
Təəssüflənirik ki, xal qazana bilmədik. Oyun baxımından futbolçulardan razı qaldım. Bəzi futbolçular tam hazır deyil.
Amma onlar da, yeni gələnlər çempionatımızı hiss etdi. Leroy Mikelsin yoxluğu oyunumuza təsir etdi.
Mövsümün sonuna qədər maraqlı oyunlar olacaq. Komandadan 8 futbolçu ayrıldı. Onların yerini doldurmalıydıq.
Qışa qədər bir çox oyunlarda əziyyət çəkdik. Gedən futbolçuların yerlərini doldurduq. Üç yerli, dörd əcnəbi oyunçu gətirdik.
Bu gün Cəlal Hüseynov, Murad Vəliyev oynadı. Digərləri legionerlərdir. Qışda yerli transfer etmək çətindir. İstəyərdik, amma olmadı.
İlk növbədə qarşıya qoyulan məqsədə çatmaq istəyirik. İndi daha rəqabətli heyətimiz var. Bu da futbolçuların böyüməsində rol oynayacaq”.
Tam oxu
Xəbəri oxu