Ayxan Abbasov: “Qarabağ”a qarşı oynamaq əlavə motivasiyadır” | Icma.az
Apasport portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Misli Premyer Liqasının XIX turunun “Qarabağ” - “Şamaxı” matçından (3:2) sonra qonaqların baş məşqçisi Ayxan Abbasovun mətbuat konfransı keçirilib.
"Maraqlı oyun alındı. Birinci hissədə qollarla başladı. İkinci hissədə rəqibin daha çox təzyiq edəcəyini bilirdik.
Cüzi səhv etdik, rəqib bizi əks-hücumda tutdu. Təəssüflənirik ki, xal qazana bilmədik. Oyun baxımından futbolçulardan razı qaldım.
Bəzi futbolçular tam hazır deyil. Amma onlar da yeni gələnlər çempionatımızı hiss etdi. Leroy Mikelsin yoxluğu təsir etdi.
Sezonun sonuna qədər maraqlı oyunlar olacaq. - Yeni oyunçuların cəlb olunması Premyer Liqada qalmaq üçün atılan addım idi?
- Komandadan 8 futbolçu ayrıldı. Onların yerlərini doldurmalıydıq. Qışa qədər bilirdik ki ,bir çox oyunlarda əziyyət çəkdik.
Gedən futbolçuların yerlərini doldurduq. Üç yerli, 4 əcnəbi gətirdik. Cəlal oynadı, Murad Vəliyev oynadı. Digərləri legionerlərdir.
Tam oxu
Xəbəri oxu