Ayxan Abbasov Qəbələ yə darmadağını belə şərh etdi

24.01.2026

Icma.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Misli Premyer Liqasının 17-ci turunda öz meydanında "Qəbələ"yə 0:4 hesabı ilə uduzan "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov oyundan sonra təşkil edilən mətbuat konfransında fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, o, belə danışıb:

"Üzücü oyun oldu. Bilirdik ki, matç çətin keçəcək. Fasilədən sonra hər kəs xal qazanmağa çalışacaq.

İlk qola qədər hər şey yaxşı gedirdi. Ancaq fasilə ərəfəsində, daha sonra ikinci hissənin startında buraxdığımız qollardan sonra geridönüş etmək çətin oldu. Rəqib əks-hücumlardan daha iki qol vurub fərqi artırdı. Bəlkə də bu məğlubiyyət futbolçuları ayıldacaq. 

Bəzən özümüzdən böyük baryerlər olur. Biz bu baryerləri aşmalıyıq ki, "biz də varıq" deyək. Bəlkə də futbolçulardan çox şey istəyirəm. Amma bu, bizim işimizdir, mübarizə aparmalıyıq, təslim olmamalıyıq, məqsədimizə çatmalıyıq.

Heç demədim ki, itkilərimiz var. Bu gün oyuna böyük itkilərlə çıxmışdıq. Qışda güclənməyə ehtiyacımız var idi. Gileylənmirik. Bəlli bir hədəfimiz var. Çalışırıq ki, Premyer Liqada yerimizi qoruyaq”.

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью