Ayxan Abbasov qələbəni necə şərh etdi?

04.10.2026

Icma.az bildirir, Fanat portalına istinadən.

Azərbaycan bu gün Litva ilə üz-üzə gəlib.

Fanat.Az xəbər verir ki, millimiz 1:0 hesabı ilə qələbə qazanıb.

Matçdan sonra yığmamızın baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırıb:

Matçların çətin olacağını bilirdik. Əsas odur ki, zədəmiz yoxdur və bu görüşlərdən məğlub ayrılmadıq. Bu gün xarakter oyunu idi. Rəqib də yaxşı mübarizə apardı. Mahir Emrelinin sonda müdafiəyə kömək etməsi, bu kimi amillər komandanın qələbə istəyindən irəli gəlirdi.

-Son bir ay həyatınızın ən stressli anı idi. Bədaviyə bu yaşında şans verirsiniz və yaxşı da oynadı. Bədavi Hüseynov 35 yaşı olsa da, çox yaxşı oynadı, ancaq Vüsal İsgəndərli nə etmək istəyirdi?

-Əsas meydanda yaxşı oynamaqdır. Çoxlu qol epizodlarımız oldu. Son vuruşlarda çətinlik yaşayırıq. Hər şeyin yaxşı olmasını ümid edirəm.

-Bu gün futbolçular əvvəl görmədiyimiz qədər xarakter göstərdilər. Bu nə ilə əlaqəli idi?

-Reaksiya verməyi bacardılar. Yaxşı hazırlaşdıq və biz bunu meydanda da gördük.

-Oruc Məmmədov start heyətdə oynatmağınız gözlənilməz oldu. Nədən irəli gəlirdi?

-Orucun oynaya biləcəyini düşünürdüm. Heyətlə bağlı çox fikirləşirdik. Orucu qazandıq. Risk idi. Ancaq yaxşı çıxış etdi. Orucu və Rüfət Abbasovu yavaş-yavaş qazanırıq.

-Rəqib baş məşqçi VAR-ın Azərbaycan tərəfə daha çox doğru qərarlar verdiyini vurğuladı. Siz nə düşünürsünüz?

-Bundan əvvəlki oyunlarda VAR-ın müdaxilə etmədiyi vəziyyətlər olub. Biz də çətinlik çəkmişik. Bunları bəhanə etmək lazım deyil.

-Bu günkü qələbədən sonra xal itirən yığmanı bağışlamaq olarmı?

-Futbolçular oyuna ciddi yanaşmasaydılar qınamaq olardı. Lakin biz çalışırdıq mübarizə aparırdıq. Qol vurmağı, qələbə qazanmağı bacarmırdıq. Bu gün biz istəyimizə nail olduq.

Əlisahib İbrahimli

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью