Ayxan Abbasov Sabah ın baş məşqçisi olacaq? özü açıqladı

17.05.2025

Footbal-plus saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Şamaxı” Misli premyer-liqasının 35-ci turunda “Araz-Naxçıvan”a məğlub oldu - 1:0

“Football-plus.az” xəbər verir ki, oyundansonra keçirilən mətbuat konfransında ev sahiblərinin baş məşqçisi Ayxan Abbasov görüş haqda fikirlərini bildirib.
- Çempionat bitir. Heyət baxımdan çox əziyyət çəkirik. Ümumi olaraq mövsüm uğurlu oldu. 35 tur ərzində heç vaxt aşağı pillələrdə olmadıq. Rəqibi təbrik edirəm. Bizdən təcrübəlidilər. Başa-baş oynadıq. Məncə, ədalətli nəticə heç-heçə idi.
- Komandanı çempionatda saxlaya bildiz. Heyətdə çox futbolçularınızı itirdiz. Bu barədə fikirləriniz necədi?
- Sıfırdan başlamışdıq. Bu mövsüm təcrübə qazandıq. Konate “Zirə” ilə müqavilə bağladı. Bu gün sağollaşdıq. Bəzi legionerlərin isə müqaviləsi var. Büdcəyə görə sakitçilikdi. Seleksiya işləri davam edəcək.
- Adınız “Sabah”la hallanır. Nə dərəcədə düzgündü?
İlk dəfədi eşidirəm. Belə söhbət yoxdu.
- “Sumqayıt”, “Kəpəz” və “Qəbələ” rəhbərliyi gələn mövsüm iddialı olacaqlarını dedi. Bəs siz nə düşünürsüz?
- “Qəbələ”nin təcrübəsi var. İki dəfə avroliqa qruplarında oynayıblar. Çempionat üç dövrə olacaq. Bu də çətinlik yaradacaq.
- Rəhbərlik sponsor axtarır?
- Bəli. Çalışır, dayanmır. Dəstək lazımdı. “Şamaxı” elitaya lazımdı. Başqa klublar Edqar, Rüfət kimi futbolçuları çıxarmaq üçün milyonlar xərcləyir.
- Maykl Tuik isinmə hərəkətlərində zədələndi. Vəziyyəti necədi?
- Dünən ağrıları var idi. İstədik yoxlayaq, alınmadı.
- VAR-ın olmamasının nəticəyə təsir etdiyini düşünürsüz?
- Xeyr. Ciddi heç nə olmadı. Məncə, heç bir problem yaratmadı.
MÜZƏFFƏR QULUZADƏ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью