Ayxan Abbasov U 21 ə 30 futbolçu çağırdı

24.05.2025

Fanat portalından alınan məlumata görə, Icma.az xəbər verir.

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının mayın 26-da başlayacaq təlim-məşq toplanışı üçün ilkin heyəti müəyyənləşib.

Fanat.Az xəbər verir ki, U-21-in baş məşqçisi Ayxan Abbasov 30 futbolçuya dəvət göndərib. 

“Sabah”ın üzvü Elgün Dünyamalıyev mayın 31-də keçiriləcək Azərbaycan kubokunun final oyunundan sonra millinin düşərgəsinə qoşulacaq.

Komandamızın Belarus və Monteneqro yığmalarına qarşı keçiriləcək yoldaşlıq görüşləri üçün yekun heyəti mayın 31-də məlum olacaq.

Qeyd edək ki, U-21 millimiz toplanış çərçivəsində iyunun 4-də Minskdə yerləşən Baranoviçi şəhər stadionunda Belarusun, iyunun 8-də isə Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Monteneqronun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

1. Rəvan Mirzəmmədov - Sabah

2. Xəyal Fərzullayev - Sumqayıt

3. Həbib Hüşənov - Qəbələ

4. Səlim Həşimov - Zirə

5. Elgün Dünyamalıyev - Sabah

6. Raul Məmmədov - Mingəçevir

7. Nadir Orucov - Sumqayıt

8. Amin Rzayev - Qarabağ

9. İbrahim Ramazanov - Qəbələ

10. Ayxan Süleymanlı - Sumqayıt

11. Emin Rüstəmov - Səbail

12. Sənan Muradlı - Sumqayıt

13. Nuğay Rəşidov - Qəbələ

14. Rüfət Abbasov - Şamaxı

15. Hikmət Cəbrayılzadə - Qarabağ

16. İbrahim Hacı - Qarabağ

17. Dinamin Bağırov - Turan Tovuz

18. Elcan Əbilov - Neftçi

19. Şahin İbrahimov - Sabah

20. Murad Məmmədov - Neftçi

21. Nihad Əhmədzadə - Sumqayıt

22. Həsən Nəzərli - Ankaragücü (Türkiyə)

23. Edqar Adilxanov - Şamaxı

24. Emil Süleymanov - Qəbələ

25. Oruc Məmmədov - Səbail

26. Elcat Məmmədov - Baltika (Rusiya)

27. Sadiq Baqiyev - SKA Xabarovsk (Rusiya)

28. Sadiq Şəfiyev - Kəpəz

29. Nihat Mehrəliyev - Qarabağ

30. Ağadadaş Salyanski - Neftçi

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью