Ayxan Abbasov ücün ciddi imtahan Komandası uduzarsa...

09.12.2024

Icma.az, News24 saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu gün "Misli" Premyer Liqasında 16-cı tura yekun vurulacaq.

News24.az xəbər verir ki, Tovuz şəhər stadionunda  "Turan Tovuz" – "Şamaxı" komandaları qarşılaşacaq. 

Hazırda "Şamaxı" 13 xalla turnir cədvəlində 7-ci pillədə qərarlaşıb. Bu mövsüm yetərincə yaxşı nəticə göstərməyən "Samaxı" klubunun rəhbərliyi Ayxan Abbasov haqda düşünməyə başlayıb. Əgər bu gün "Şamaxı" komandası məğlub olarsa, böyük ölçüdə Ayxan Abbasovun istefası reallaşa bilər. 

Qeyd edək ki, "Şamaxı" 8 oyundur ki, qələbə üzünə həsrətdir. 

Ağa Dadaşzadə 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью