Ayxan Abbasovdan gənc futbolçuya QADAĞA

19.02.2025

Icma.az xəbər verir, Idmanxeber.az saytına əsaslanaraq.

“Şamaxı” gənc futbolçusuna mətbuata danışamağa qadağa qoyub.

İdmanxeber.az-a verilən məlumata görə, söhbət Edqar Ədilxanovdan gedir. Son dönəmlərdə çıxışı ilə diqqət çəkən yarımmüdafiəçiyə açıqlama və ya müsahibə vermək qadağan edilib.

Məşqçilər heyəti belə bir qərar verməyi lazım bilib. Buna səbəb Ədilxanovun fikrinin yayınmamasıdır. 19 yaşlı futbolçudan tamamən performansına köklənməsi tələb edilir.

Bu kimi halların gənc oyunçuları mənfi  təsir edəcəyini düşünən məşqçilər heyəti Edqarı bir müddət mətbuatdan uzaq saxlayacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью