Icma.az bildirir, Idman.biz portalına istinadən.
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün növbəti oyununu keçirəcək.
İdman.biz xəbər verir ki, yığmamız yeni baş məşqçisi Ayxan Abbasovun rəhbərliyi altında ilk sınağına çıxacaq.
U-21 millimiz Türkiyədə təşkil olunan təlim-məşq toplanışında birinci yoldaşlıq görüşünü keçirəcək. Komandamız Moldova ilə qarşılaşacaq. Matç Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Qeyd edək ki, martın 26-dək davam edəcək toplanış çərçivəsində ikinci sınaq ayın 25-də olacaq. Millimiz Şimali Makedoniya ilə görüşəcək.
U-21-lər arasında yoldaşlıq oyunu
22 mart
21:00. Azərbaycan – Moldova
İdman.biz