Ayxan Abbasovun daha bir köməkçisi bəlli olub

17.04.2025

sport24.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

U-21-in baş məşqçisi Ayxan Abbasovun daha bir köməkçisi müəyyənləşib. Sport24.az-ın əldə etdiyi məlumata görə, "Qarabağ"ın əvəzedici komandasının çalışdırıcısı Cavad Mirzəyev mövsümün sonunda Ağdam təmsilçisindən ayrılaraq ümid yığmasının məşqçilər korpusunda yer alacaq.

Mənbəmiz onu da bildirib ki, yaxın vaxtlarda Abbasov daha bir köməkçi-məçqçini yanına dəvət edəcək.

Qeyd edək ki, 43 yaşlı mütəxəssis U-21-ə təyinatından sonra "Şamaxı"da bir yerdə çalışdığı Elnur Çovdarov və Vüsal Qarayevi də yanına aparıb. Qapıçılar üzrə məşqçi funksiyasını isə Kamil Qafarov yerinə yetirir.   

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью