“Ayxan Abbasovun istefa göndərilməsi...” klub rəsmisi detalları gizlətmədi!

28.11.2024

Icma.az, Footbal-plus portalına istinadən məlumat verir.

Mövsümə uğurlu nəticələrlə başlayan “Şamaxı”nın enişdə olduğunu yazmışıq. “Şirlər” Misli premyer-liqasının son 7 turunda qələbəyə həsrət qalıb.

Gözlənildiyi kimi, komandanın ardıcıl xal itkiləri baş məşqçi Ayxan Abbasovun istefaya göndəriləcəyi haqda iddiaların yayılmasıyla nəticələnib. Bəs bölgə təmçsilçisi çalışdırıcısıyla yolları ayırmağa hazırlaşırmı? Ümumiyyətlə, mütəxəssin işi necə qiymətləndirilir?
“Football-plus.az” bu sualla “Şamaxı”nın baş meneceri Kamran İsmayılova müraciət etdi:

“Ayxan Abbasov ölkəmizin ən qabaqcıl, ən yaxşı məşqçilərindən biridi. Onun işindən razıyıq. Hazırda nəinki gündəmdə onun istefaya göndərilməsi var, bu, ağlımızdan belə keçmir. Keçməyib. Şükür Allaha, baş məşqçimiz əzmkar və döyüşkən komanda qurub. Ayxan bəyin qarşısına qoyulan məqsəd bəllidi: komandanı premyer-liqada saxlamaq. Öncəliyimiz məqsədə nail olmaqdı. Bütün oyunlarda məğlub olub komandanı premyer-liqada saxlasa, yenə yola onunla davam edəcəyik. Məsələ nəticələrlə bağlı deyil. Baş məşqimizlə bağlı fikirlərimiz daha uzun müddəti, daha genişmiqyaslı layihələri əhatə edir. Bu gün premyer-liqada qalmaq uğrunda mübarizə aparırıq. Gələcəkdə avrokuboklara yollanmaq məqsədinə məhz Ayxan bəylə çatmağa çalışacağıq. Ümumiyyətlə, baş məşqçinin istefaya göndərilməsinin tərəfdarı deyilik. Mütəxəssislərə maksimum şans veririk. Bu barədə yalnız Vüqar Əsgərli istisna olub ki, o da inadla getmək istədiyini bildirib. Bir dəfə yolundan döndərsək də, növbəti dəfə müraciət edib və qərarında israrlı olduğunu deyib”.


Xatırladaq ki, “Şamaxı” 13 xalla 7-ci pillədədi.
KƏNAN BAHADIR
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью