Ayxan Abbasovun komandası özünə rəqib tapdı EKSKLÜZİV

15.04.2025

Icma.az bildirir, sport24.az saytına əsaslanaraq.


21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin yoxlama oyununda üz-üzə gələcəyi daha bir rəqibin adına aydınlıq gəlib. Soprt24.az-ın məlumatına görə, Ayxan Abbasovun baş məşqçisi olduğu yığma Belarusun U-21 kollektivi ilə üz-üzə gələcək.
Yayda ən azı 2-3 yoxlama matçı keçirməyi planlaşdıran komandanın digər rəqibləri hələlik məlum deyil.
Qeyd edək ki, U-21 millimiz martdakı toplanış çərçivəsində Moldova yığmasına qalib gəlib (2:0), Şimali Makedoniyanın müvafiq yaş qrupu ilə bərabərə qalib (0:0).

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью