Ayxan Abbasovun mətbuat konfransı keçiriləcək

28.03.2026

Icma.az, Apasport portalına istinadən məlumat yayır.

“FIFA Series - 2026” beynəlxalq turniri çərçivəsində martın 30-da Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək Azərbaycan – Syerra Leone oyunu öncəsi təşkil olunacaq mətbuat konfranslarının və mətbuat üçün açıq məşqlərin vaxtı müəyyənləşib.

Apasport.az xəbər verir ki, millimizin baş məşqçisi Ayxan Abbasov saat 18:30-da "Dalğa Arena"da media nümayəndələrinin qarşısına çıxacaq:

29 mart

Syerra Leone milli komandası
18:00. Mətbuat konfransı (Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu)
19:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq ("Kapital Bank Arena")

Azərbaycan milli komandası
18:30. Mətbuat konfransı (“Dalğa Arena”)
19:15. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq (“Dalğa Arena”)

Rəşad Eyyubov: “Deməli pis oynamışıq” Millimizin heyəti bəlli oldu Türkiyə və İtaliya DÇ-2026-nın bir addımlığında - YENİLƏNİB Oruc Məmmədov: “Əsas millidən dəvət gözləyirdim” Azərbaycan - Portuqaliya oyununun hakimləri müəyyənləşdi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью