Sportal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan milli komandasının UEFA Millətlər Liqası çərçivəsində noyabrın 12-də Lixtenşteyn, noyabrın 15-də isə yoldaşlıq görüşündə Andorra yığmalarına qarşı keçirəcəyi oyunlardan öncə təşkil olunacaq mətbuat konfranslarının və media nümayəndələri üçün açıq məşqlərin vaxtları m'lum olub.
Sportal.az xəbər verir ki, millimizin baş məşqçisi Ayxan Abbasov sabah Bakı vaxtı ilə saat 21:15-də media nümayəndələrinin önünə çıxacaq:
12 noyabr
Lixtenşteyn - Azərbaycan
Mətbuat konfransı – saat 21:15 (Bakı vaxtı ilə)
Açıq məşq – saat 22:00 (Bakı vaxtı ilə)
15 noyabr
Andorra - Azərbaycan
Mətbuat konfransı – saat 21:15 (Bakı vaxtı ilə)
Açıq məşq – saat 19:00 (Bakı vaxtı ilə)