Icma.az xəbər verir, Qol.az saytına əsaslanaraq.
Antalyada təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün hazırlıq prosesi çərçivəsində ilk yoxlama oyununa çıxacaq.
QOL.az xəbər verir ki, U-21 millimiz moldovalı həmyaşıdları ilə üz-üzə gələcək.
Qarşılaşma Bakı vaxtı ilə 21:00-da start götürəcək.
Bu, Ayxan Abbasovun U-21-in baş məşqçisi kimi debüt matçıdır.
Qeyd edək ki, U-21 yığmamız son 9 oyundan 8-də uduzub, 1-də heç-heçə edib. Gənclər yığmamız sonuncu qələbəsini 2023-cü ilin noyabrında qazanıb. Həmin vaxt U-21 yığmamız latviyalı həmyaşıdlarını 1:0 hesabı ilə məğlub edib.
Yoxlama oyunu
22 mart
21:00. Azərbaycan (U-21) - Moldova (U-21)