Ayxan Cavadov dunya çempionu titulunu qazanıb

19.08.2026

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Slovakiyanın paytaxtı Bratislavada güləş üzrə U-20 Dünya çempionatı davam edir. Milli komandamızın üzvü Ayxan Cavadov (60 kq) yarışda bütün rəqiblərini məğlub edərək 2-ci dəfə U20 dünya çempionatının finalına vəsiqə qazanıb. A.Cavadov finalda özbəkistanlı Dostonbek Oripovla güləşib. Həmyerlimiz rəqibinə 4:1 hesabı ilə qalib gələrək Dünya çempionatında ən yüksək pilləyə qalxıb. Xatırladaq ki, bu çempionatda daha əvvəl Cavidan Nehmətov (77 kq) gümüş, Tural Əhmədov (63 kq) və Emin Cavadlı (55 kq) bürünc medal əldə ediblər.

Qabil YUSİFOĞLU
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью