Ayxan Hacızadə Rusiyaya səsləndi: “Keçmiş münaqişə həll olunub”

28.07.2026

Gununsesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini beynəlxalq hüququn tələblərinə uyğun olaraq bərpa edib və bununla keçmiş münaqişə həll olunub”.

Gununsesi.info  xəbər verir ki, bunu XİN-in sözçüsü Ayxan Hacızadə Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin mətbuat katibinin Qarabağ bölgəsi və KTMT mövzusunda şərhi ilə bağlı sualı cavablayarkən deyib.

“Bu çərçivədə, Rusiya-Ermənistan münasibətlərinə aid mövzuların Azərbaycanla əlaqəli şəkildə şərh edilməsi təcrübəsinə son qoyulmalıdır”, – o bildirib.

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью