Ayxan ölən dostunun adına krediti necə götürüb? İlginc cinayət işi | Icma.az
Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Ölən dostunun adına bankdan 25 min manat kredit götürən şəxsin cinayət işinin təfərrüatı məlum olub.
O, dəymiş zərərin 15 min manatını ödəyib. Bank isə əlavə 6 min manata yaxın pul istəyir.
"Cebheinfo.az" Musavat.com-a istinadən xəbər verir ki, təqsirləndirilən şəxs 1990-cı il təvəllüdlü Ayxan Ağasəflidir.
İstintaqla müəyyən edilib ki, Ayxan Ağasəfli 2021-ci il tarixdə vəfat edən dostunun adına “PAŞA Bank” ASC-dən 25 min manat kredit götürüb.
O, mərhum dostu Zamiq Zülfüqarovun adına olan “Asan İmza” mobil telefon nömrəsi ilə bankın internet saytına daxil olaraq elektron ərizəni hazırlayıb.
Kredit ayrıldıqdan sonra məbləği ayrı-ayrı vaxtlarda hissə-hissə olmaqla mərc oyunlarındakı hesabına köçürüb.
Sonra da özünə məxsus hesabına köçürməklə ələ keçirib. Ayxan Ağasəfli özünü qismən təqsirli bilib.
Tam oxu
Xəbəri oxu