Ayxanla Sübhan Dünya Kubokunda 2 ci oldular

07.04.2025

Fanat saytından alınan məlumata görə, Icma.az bildirir.

Çexiyanın Teplitse şəhərində keçirilən yeniyetmələr arasında Avropa Kubokunun ikinci günündə Azərbaycan cüdoçuları 2 medal qazanıblar.

Fanat.Az xəbər verir ki, Ayxan Həsənli (-73 kq) və Sübhan Axundov (+90 kq) gümüş medala sahib çıxıblar.

Turnirin ilk günündə cüdoçularımız 7 medalla yadda qalıb. Nərmin Ağamirzadə (-48 kq) və Rəsul Əlizadə (-55 kq) qızıl, Gülşən Hüseynova (-44 kq) gümüş, Mədinə Hüseynova (-40 kq), Anar Quliyev (-50 kq) Röyal Qayıbov (-60 kq) və Əli Hümbətov (-66 kq) bürünc medalın sahibi olub.

Yeniyetmə cüdoçularımız Teplitse Avropa Kubokunu 9 medalla (2 qızıl, 3 gümüş və 4 bürünc) 38 ölkə arasında ikinci sırada bitirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью