Ayyaqabım yox idi, efirə qaloşla çıxmışdım”

21.04.2025

Icma.az, Axsham.az portalına istinadən məlumat yayır.

Müğənni Nadir Qafarzadə uşaqlıq illərində yaşadığı çətinlikdən danışıb.

Axşam.az xəbər verir ki, "Xəzər axşamı" verilişində qonaq olan sənətçi 12 yaşında imkansızlıqdan efirə qaloşla gəldiyini bildirib:

"12 yaşımda atam rəhmətə gedəndən sonra Aztv-yə çəkilişə gəlməli idim. Ayaqqabım yox idi. Anam dedi ki, getmək lazımdır. Mənim proqramım var idi, oxumalıydım. Özü də yaxşı solistlərdən idim, öndə dururdum. Efirə qaloşla çıxdım. Anam operatordan xahiş etdi ki, ayağımı çəkməsin. Sabah məktəbə gedəcək, ona tənə olmasın. Operator Leyla Bədirbəylinin oğlu idi. Biz bunlardan keçib gəlmişik".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью