Az papaq atın, evdə heç nə qalmadı

12.03.2025

Icma.az xəbər verir, Axsham.az saytına əsaslanaraq.

Aparıcı Elgiz Əkbər uşaqların papaq atmasından şikayətlənib. 

Axşam.az xəbər verir ki, bu haqda aparıcı verilişində danışıb. O bildirib ki, bir uşaq neçə dəfə papaq atır:

"Uşaqlardan xahiş edirəm, qapıya bir dəfə papaq atın. Ya da papağı dəyişin. Xəsislik etmirəm, amma şirniyyat mağazasında işləmirəm. Eyni papağı bir, iki dəfə atdın bəsdir, üç dəfə atır. Evdə heç nə qalmadı. Bu gün bizə qonaq gəl, bir stəkan çaya 1 konfetimiz yoxdur. Hamısı getdi. Heç olmasa fərqli papaq atın. Eyni papağı atır, adamın gözünə girir".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью