Az qala aşırdsın 18 nömrəli avtobustan ŞİKAYƏT

11.06.2026

Baku.ws portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Memar Elçin Əliyev paytaxtda ictimai nəqliyyatda qarşılaşdığı hadisə ilə bağlı sosial şəbəkədə paylaşım edib.

BAKU.WS xəbər verir ki, o, səhər saatlarında 18 nömrəli marşrut avtobusunda hərəkət edərkən sürücünün bütün yol boyu bir əli ilə avtobusu idarə etdiyini, digər əlində isə telefon tutaraq danışdığını bildirib.

Elçin Əliyevin sözlərinə görə, avtobus "Sahil" metro stansiyasından Uroloji Xəstəxanaya qədər hərəkət etdiyi müddətdə sürücü telefon danışığını dayandırmayıb.

"Avtobus bir neçə dəfə az qala aşırdı. Amma mən şikayət etmirəm – başa düşürəm ki, hər şey dərhal alınmır. Əsas odur ki, bizi məktəbə sağ-salamat çatdırdılar", – deyə o, paylaşımında qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью