“Az qalıb dekabr olsun, ATV də veriliş yoxdur”

17.11.2026

Icma.az bildirir, Axsham.az saytına əsaslanaraq.

Aparıcı Zaur Baxşəliyev verilişinin olmaması ilə bağlı ünvanlanan suallara cavab verib.

Axşam.az xəbər verir ki, aparıcı sosial şəbəkədə izləyicilərinin suallarını cavablandırarkən ATV-də yeni mövsümün başlamasına baxmayaraq, efirə çıxmadığını xatırladıb:

“Niyə ancaq deyirsiniz ki, Zaurun verilişi yoxdur? ATV-də veriliş var? Mövsüm sentyabrda başlayıb. Az qalıb dekabr olsun, heç bir veriliş yoxdur. Təkcə mənəm? ATV başlasın ki, başlayaq. ATV-də hansı veriliş başlayıb? Bircə xəbərlər gedir. Köhnə verilişlər gedir ancaq”.

Qeyd edək ki, Zaur Baxşəliyev ATV-də yayımlanan “Bizimləsən” proqramının aparıcısı olub. Verilişin yayımı ötən mövsüm dayandırılıb.

Посмотреть эту публикацию в Instagram

Публикация от Axşam.az (@axsamaz)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью