Az yatan insanlar yarım kiloqram kökəlirlər

29.07.2026

Medicina portalından verilən məlumata əsasən, Icma.az bildirir.


ABŞ-da aparılan bir araşdırma, qeyri-kafi yuxu müddətinin çəki artımına ciddi təsir göstərdiyini ortaya qoydu.

Medicina.az xəbər verir ki, ABŞ-dakı Kolumbiya Universiteti İrvinq Tibb Mərkəzinin alimləri diqqətəlayiq bir araşdırmanın nəticələrini paylaşdılar.

Annals of Internal Medicine jurnalında dərc olunan araşdırma, altı həftə ərzində hər gecə təxminən 90 dəqiqə az yatan yetkinlərin kifayət qədər yuxu aldıqları dövrlərlə müqayisədə orta hesabla təxminən yarım kilo kökəldiklərini göstərdi.

Kolumbiya Universiteti İrvinq Tibb Mərkəzinin tədqiqatçıları ürək və ya metabolik xəstəlik riski olan 95 yetkinin üzərində araşdırma apararaq, altı həftəlik kifayət qədər yuxunu hər gecə təxminən 90 dəqiqə yuxu müddətinin azaldılması ilə müqayisə etdilər.

Yuxu məhdudiyyəti mərhələsinin sonunda iştirakçılar orta hesabla təxminən yarım kilo daha çox çəki aldılar və bel ətrafları bir qədər genişləndi. Onlar həmçinin daha çox oturaq vəziyyətdə vaxt keçirsələr də, orta və intensiv məşq səviyyələri təxminən eyni qalıb.

İştirakçılar çəki artırsalar da, tədqiqatçılar bədən yağında və ya əzələ kütləsində əhəmiyyətli dəyişikliklər aşkar etməyiblər. İştirakçıların yediyi qida miqdarı da izlənilməyib.

Aygün

Medicina.az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью