“Az yeyirəm, amma kökəlirəm”: bunun səbəbi nədir?

11.08.2026

Icma.az, Medicina saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


Dietoloq bildirir ki, insanın “az yeməsinə baxmayaraq” çəki alması həmişə yağlanma ilə bağlı olmur.

Medicina.az xəbər verir ki, bədəndə suyun tutulması, qlikogen ehtiyatlarının artması, hərəkətin azalması və yaşla əlaqədar maddələr mübadiləsinin yavaşlaması tərəzidə çəkinin artmasına səbəb ola bilər.

Xüsusilə duzlu və karbohidratlarla zəngin qidalardan sonra bədəndə su yığılması çəkini qısa müddətdə 1-2 kiloqram artıra bilər. Bu isə mütləq piylənmə demək deyil.

Mütəxəssislər qeyd edir ki, çəkinin uzun müddət və səbəbsiz artması qalxanabənzər vəzin fəaliyyətinin zəifləməsi, bəzi dərmanların təsiri və ya maye yığılması ilə də əlaqəli ola bilər.

Əgər çəki qısa müddətdə bir neçə kiloqram artırsa, ayaqlarda şişkinlik, nəfəs darlığı və güclü yorğunluq yaranırsa, həkimə müraciət etmək tövsiyə olunur.

Xanım,

Medicina.az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью