Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.
Azad edilən ərazilərdə - Zəngilan, Qubadlı, Laçın, Füzulidə dabaq xəstəliyinə qarşı azad zonaların yaradılması nəzərdə tutulub.Bakıvaxtı.az xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) şöbə müdiri, ÜHS-nin Avropa Komissiyasının vitse-prezidenti Qalib Əbdüləliyev “Ümumdünya Qida Təhlükəsizliyi Günü: Elm fəaliyyətdədir” mövzusunda keçirilən konfrans çərçivəsində baş tutan "Qida sistemlərinin rolu: insan, heyvan və ətraf mühit sağlamlığının inteqrasiyası" adlı paneldə deyib.Onun sözlərinə görə, azad olunmuş ərazilərlə yanaşı, Naxçıvanda da vaksinasiya aparmaqla dabaq xəstəliyinə qarşı mübarizə prioritet istiqamətlərdəndir.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.