Icma.az, Metbuat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azad olunan ərazilərdə martın 31-dən aprelin 6-dək 13 tank əleyhinə mina, 107 piyada əleyhinə mina, 870 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.Metbuat.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir.
Məlumata əsasən, 2009.1 hektar ərazi minalardan təmizlənib. Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.