Azad edilən ərazilərə neçə nəfər köçürülüb? Baş nazir açıqladı

16.12.2024

Icma.az bildirir, Teleqraf.com portalına istinadən.

"Azad edilən ərazilərə indiyədək 2 417 ailə, yəni 9 306 nəfər köçürülüb".

Teleqraf.com xəbər verir ki, bu sözləri Baş nazir Əli Əsədov Milli Məclisin bugünkü plenar iclasında deyib.

Baş nazir bildirib ki, Prezident İlham Əliyev və Birinci Vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri uğurla davam edir:

"2020-ci ildən başlayaraq 2025-ci il də daxil olmaqla dövlət büdcəsindən bərpa-quruculuq işlərinə toplam 22 mlrd. manata yaxın vəsait ayrılıb".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью