Azad edilən fələstinli qadın: “Başörtümü taxmağa icazə vermədilər

22.01.2025

Icma.az bildirir, Bakivaxti portalına istinadən.

İsrail ilə Hamas arasında keçirilən məhbus mübadiləsi çərçivəsində 90 fələstinlinli qadın azad edilib.
Bakıvaxtı.az
bu barədə xarici mediaya istinadla xəbər verir ki, onlara başlarını örtməyə icazə verməyiblər.
Məlumata görə, azad edilən 90 fələstinli qadından biri olan Büşra et-Tavil İsrail hərbçilərinin etdiyi basqın və saxlanılma zamanı başörtüsünü taxmasına icazə verilmədiyini və 14 saat ərzində başörtüsüz saxlanıldığını bildirib.
Tavil saxlanıldığı gün dostunun evində olduğunu qeyd edərək, İsrail qüvvələrinin evinə basqın etdiyini, evin qarışdırıldığını və əşyaların dağıdıldığını bildirib. “Başörtümü taxmağa icazə vermədilər. Zorla evdən çıxarıldım, 14 saat başörtüsüz saxlanıldım. Bu, həyatımda qarşılaşdığım ən çətin an idi",- deyə Tavil bildirib.

Nuriyyə Musayeva
 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью