Azad edilmiş ərazilərdə 1 641 hektar sahə minalardan təmizlənib

21.07.2025

Dogru.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad olunan ərazilərdə həyata keçirilən minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumat yayıb.

Doğru.az xəbər verir ki, ANAMA-nın verdiyi məlumata görə, iyulun 14-dən 20-dək Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarında aparılan əməliyyatlar zamanı 73 piyadaəleyhinə mina, 6 tankəleyhinə mina və 178 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Həmin müddətdə ümumilikdə 1 641 hektar ərazi mina və partlamamış sursatlardan təmizlənib.

DOĞRU.AZ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью