Icma.az bildirir, Milli.az saytına əsaslanaraq.
Azad edilmiş ərazilərdə sentyabrın 21-dən 27-dək aparılan minatəmizləmə əməliyyatları zamanı 29 tank əleyhinə mina, 208 piyada əleyhinə mina və 1 436 digər partlayıcı hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Milli.Az xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) həftəlik hesabatında bildirilib.
Məlumata görə, hesabat dövründə ümumilikdə 1 385,8 hektar ərazi minalardan və partlayıcı sursatlardan təmizlənib.
Ərazilərdə minatəmizləmə işləri ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, beş yerli təşkilat və bir qeyri-hökumət təşkilatı tərəfindən həyata keçirilib.
Əməliyyatlar Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında, həmçinin Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərində aparılıb.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)