Operativmedia saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) "Operativ Media"ya verilən məlumata görə, noyabr ayında Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 456 piyada əleyhinə mina, 85 tank əleyhinə mina, 2274 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.
Bildirilib ki, 4707,4 hektar ərazi mina və PHS-lərdən təmizlənib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.