Azad edilmiş ərazilərdə daha 107 mina, 784 PHS aşkarlanıb

10.08.2026

Icma.az, Apa.az portalına istinadən məlumat verir.

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik (03.08.2026-09.08.2026) məlumat açıqlanıb.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) APA-ya verilən məlumata görə, azad edilmiş ərazilərdə ötən həftə 87 piyada əleyhinə mina, 20 tank əleyhinə mina, 784 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 1581 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью