Azad edilmiş ərazilərdə daha 130 mina, 304 PHS aşkarlanıb

23.12.2024

Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.

İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (16.12.2024 -22.12.2024) açıqlanıb.

ANAMA-dan APA-ya verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 104 piyada əleyhinə mina, 26 tank əleyhinə mina, 304 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 770,7 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью