Azad edilmiş ərazilərdə daha 132 mina, 683 PHS aşkarlanıb

26.05.2025

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (19.05.2025 - 25.05.2025) açıqlanıb.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 80 piyada əleyhinə mina, 52 tank əleyhinə mina, 683 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 1 798,7 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

​​​​​​"Cebheinfo.az" 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью