Azad edilmiş ərazilərdə daha 138 mina, 605 PHS aşkarlanıb

10.03.2025

Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (03.03.2025- 09.03.2025) açıqlanıb.

ANAMA-dan  verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 90 piyada əleyhinə mina, 48 tank əleyhinə mina, 605 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 1 365,3 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью