Azad edilmiş ərazilərdə daha 139 mina aşkarlanıb

24.08.2026

Icma.az, Ayna portalına istinadən məlumat verir.

1829,3 hektar ərazi mina və PHS-lərdən təmizlənib

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik (17.08.2026-23.08.2026) məlumat açıqlanıb.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) AYNA.AZ-a verilən məlumata görə, azad edilmiş ərazilərdə ötən həftə 98 piyada əleyhinə mina, 41 tank əleyhinə mina, 522 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 1829,3 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью