Azad edilmiş ərazilərdə daha 145 mina, 417 PHS aşkarlanıb

25.08.2025

Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (18.08.2025 – 24.08.2025) açıqlanıb.

ANAMA-dan APA-ya verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 124 piyada əleyhinə mina, 21 tank əleyhinə mina, 417 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 1459,4 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью