Azad edilmiş ərazilərdə daha 1459,5 hektar sahə minalardan təmizlənib

16.11.2026

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 16 noyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumların oktyabrın 2-15-də icra etdiyi əməliyyatlara dair məlumat yayıb.

ANAMA-dan AZƏRTAC-a bildirilib ki, hesabat dövründə Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilan rayonları ərazisində əməliyyatlar aparılıb. Nəticədə 152 piyadaəleyhinə, 33 tankəleyhinə mina və 1343 partlamamış hərbi sursat (PHS) aşkarlanaraq zərərsizləşdirilib. Ümumilikdə 1459,5 hektar ərazi mina və PHS-dən təmizlənib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью