Azad edilmiş ərazilərdə daha 155 mina, 483 PHS aşkarlanıb

18.11.2024

Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (11.11.2024 - 17.11.2024) açıqlanıb.

ANAMA-dan APA-ya verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 126 piyada əleyhinə mina, 29 tank əleyhinə mina, 483 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 972,6 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью