Azad edilmiş ərazilərdə daha 160 mina, 528 PHS aşkarlanıb

17.06.2025

Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik (10.06-2025-16.06.2025) məlumat açıqlanıb.

APA Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinə (ANAMA) istinadən xəbər verir ki, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 131 piyada əleyhinə mina, 29 tank əleyhinə mina, 528 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 1358,7 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью