Azad edilmiş ərazilərdə daha 164 mina, 526 PHS aşkarlanıb

26.10.2026

Icma.az, Apa.az portalına istinadən məlumat yayır.

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik (19.10.2026-25.10.2026) məlumat açıqlanıb.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) APA-ya verilən məlumata görə, azad edilmiş ərazilərdə ötən həftə 122 piyada əleyhinə mina, 42 tank əleyhinə mina, 526 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 997 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью