Azad edilmiş ərazilərdə daha 177 mina, 208 PHS aşkarlanıb

27.01.2025

Apa.az saytına istinadən Icma.az xəbər verir.

İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (20.01.2025 - 26.01.2025) açıqlanıb.

ANAMA-dan APA-ya verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 108 piyada əleyhinə mina, 69 tank əleyhinə mina, 208 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 705,6 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью