Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb

25.11.2024

Icma.az, Operativ MM portalına istinadən məlumatı açıqlayır.

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (18.11.2024 - 24.11.2024) açıqlanıb.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 203 piyada əleyhinə mina, 10 tank əleyhinə mina, 862 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 1457,4 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью