Azad edilmiş ərazilərdə daha 213 mina aşkarlanıb

25.11.2024

Unikal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (18.11.2024 -24.11.2024) açıqlanıb.

ANAMA-dan "Unikal"a verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 203 piyada əleyhinə mina, 10 tank əleyhinə mina, 862 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 1457,4 hektar ərazi mina və PHS-lərdən təmizlənib.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью