Azad edilmiş ərazilərdə daha 213 mina aşkarlanıb

25.11.2024

Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.

İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (18.11.2024 -24.11.2024) açıqlanıb.

ANAMA-dan Avtosfer.az-a verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 203 piyada əleyhinə mina, 10 tank əleyhinə mina, 862 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 1457,4 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью